“Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik”.
Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir.
Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.